Dövlət büdcəsinin vəsaitləri talanıb - 226 MİLYON MANAT
2022-ci il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclasında bildirilib.
Müzakirələr zamanı qeyd olunub ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilmişdir. Belə ki, il ərzində ümümilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar edilmiş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları