Dövlət şirkətinin yeni strategiyası üzrə mümkün ssenarilər - MÜZAKİRƏ EDİLİB
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Eləcə də bax: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xalis mənfəəti - 15% ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, iclasda MŞ-nın, səhmdar cəmiyyətinin İdarə Heyətinin və rəhbər şəxsləri iştirak edib, beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə hazırlanmış Cəmiyyətin 2022–2030-cu illər üzrə uzunmüddətli Strategiyası üzrə mümkün ssenarilər, Cəmiyyətdə reallaşması mümkün olan risklərin nəticələrinin azaldılması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi müzakirə edilib.
İclasda sosial, ekoloji və iqtisadi aspektlər üzrə Cəmiyyətin əldə etdiyi nəticələri əks etdirən və beynəlxalq audit şirkətinin hazırladığı 2020-2021-ci illər üzrə Dayanıqlı İnkişaf haqqında Hesabatı MŞ təsdiq edib.
İclas zamanı həmçinin Cəmiyyətin 2023-cü il üzrə proqnozlaşdırılan büdcə göstəricilərinə ilkin olaraq baxılıb, eləcə də ASCO-nun Daxili Audit Departamentinin fəaliyyətinin təşkilinə dair və digər məsələlər ətrafında müzakirələr aparılaraq MŞ müvafiq qərarlar qəbul edib.
İclas zamanı MŞ-nın məşvərətçi orqanları olan Komitələrin tərkiblərinin yenilənməsi barədə də qərar qəbul edilib.
İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə edib.
MŞ ölkə prezidentinin 11 fevral 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.



BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?