Dünya çempionu öz titulundan imtina edir
Norveçli şahmatçı Maqnus Karlsen 2013-cü ildən bəri sahib olduğu dünya titulundan könüllü olaraq imtina edir. O, rusiyalı Yan Nepomnyaşşi ilə şahmat tacı uğrunda oynamayacağını açıqlayıb. Ən gənc qrossmeysterlərdən biri qərarını motivasiyanın olmaması ilə izah edib.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Qeyd edək ki, Karlsen 2023-cü ilin əvvəlində çempion titulunu müdafiə etməli idi. Final oyunda onu rusiyalı qrossmeyster Yan Nepomnyaşşi gözləyirdi. Lakin iyulun 20-də "The Magnus Effect" adlı video podkastında norveçli oyunçu oyunda iştirak etməyəcəyini açıqlayıb. O, artıq bu barədə Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məlumat verib.
Şahmatçının sözlərinə görə, Federasiya rəhbərliyi onu razı salmağa çalışıb və oyun üçün "daha maraqlı formatlar" təklif edib. Lakin qrossmeyster qətiyyətlidir və fikrini dəyişməyəcəyini vurğulayıb. Karlsen qərarın kortəbii olmadığını deir – o, bu barədə təxminən bir il yarım düşünüb.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, şahmatçılardan birinin final oyundan imtina etdiyi halda, qələbə avtomatik olaraq onun rəqibinə verilə bilməz. Buna görə də Yan Nepomnyaşşi daha bir şahmatçı – çinli Dinq Lirenlə oynamalı olacaq.
Maqnus Karlsenin 31 yaşı var və o, 2013-cü ildən məşhur hindistanlı qrossmeyster Vişvanatan Anandı məğlub etdikdən sonra dünya çempionu titulunu qoruyub saxlayır. 2016-cı ildə Maqnus Karlsen rusiyalı Sergey Karyakini də məğlub edib.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət