Dünyanı "aclıq qasırğası" gözləyir

Dünyanı Dünyanın ən böyük mineral gübrə tədarükçülərindən biri olan "Yara" şirkətinin baş direktoru Sveyn Tore Holseter deyir ki, Ukraynada baş verən hadisələr fonunda yanacaq və gübrə qiymətləri kəskin şəkildə artıb və bu, "aclıq qasırğasına" gətirib çıxara bilər. O xatırladıb ki, dünyada ərzaq təhlükəsizliyi hələ 2021-ci ildə nəzərəçarpacaq dərəcədə pisləşib, lakin indi vəziyyət kritik səviyyəyə çatıb.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Mütəxəssis əlavə edib ki, vəziyyətə iqlim böhranı da təsir, bu isə ekstremal hava şəraitinə səbəb olur. Hesablamalara görə, bu gün 276 milyon insan ciddi qida çatışmazlığından əziyyət çəkir. Holseter bunun pandemiyadan əvvəlki səviyyədən iki dəfə çox olduğunu söyləyir.
"Uzun müddətdir üzləşmədiyimiz kəskin ərzaq böhranı yaşayırıq. Xüsusilə Afrikanın Sahel və ya Efiopiya kimi regionlarda. Elə valideynlər var ki, övladını yedizdirə bilmir. Dünya aclıq qasırğası ilə təhdid edilir. Mən çox narahatam", – mütəxəssis qeyd edib.
BMT-nin Ümumdünya Ərzaq Proqramı – əhalinin ən həssas təbəqələri üçün son şansdır. Lakin təşkilatın dünyada sabitliyi təmin etmək üçün təxminən 10 milyard dolları çatışmır. Holseter zəngin ölkələrin, şirkətlərin və şəxslərin boşluğu dolduracağına ümid edir.
Ukraynadakı münaqişə ilə bağlı iqtisadi sanksiyalar və gərginlik qlobal mineral gübrə bazarına təsir edən əsas amilə çevrilib. Qiymətlər gözlənilmədən dəyişir. Əgər 2022-ci ilin əvvəlində azot gübrələrinin qiyməti kəskin şəkildə qalxmışdısa, iyunun sonunda qiymətlər iki dəfə azalıb, kalium əsaslı gübrələr isə əksinə, rekord səviyyəyə qalxıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi qazın qiymətinin yüksək olması, tələbatın azalması və məhsul qıtlığıdır.

Xəbərlər     Tarix: 18 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler avtomobil xeberleri rubl mezenne dollar mezenne dollar kursu