Dünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, Xüsusiyyətlər

Dünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərMüasir dünyada cihazların ekranı getdikcə böyüsə də, ABŞ şirkəti dünyanın ən kiçik televizorunu istehsal edərək fərqli bir yol seçib.
Banker.az xarici NTV-yə istinadən xəbər verir ki, ABŞ-ın startapı olan Tint Circuits, TinyTV Mini və TinyTV 2 adlı dünyanın ən kiçik televiziya prototiplərini təqdim edib. Şirkət qeyd edib ki, Tiny TV Mini poçt markası ölçüsündə – 15 mm ekrana, TinyTV 2 isə 26 mm ölçülü ekrana malikdir.
Nostalji görünüşlü televizorlarda səs səviyyəsini tənzimləyən və "kanalları dəyişdirən" iki ədəd fırlanan düymə var. Şirkətdən verilən açıqlamada, televiziyada izləmək istədiyiniz videoların istifadəçi tərəfindən cihaza yüklənə biləcəyi və ya USB-C kabelindən istifadə edərək kompüterdən görüntü köçürülə biləcəyi bildirilib. Həmçinin həm TinyTV 2, həm də TinyTV Mini 10 və 40 saatdan çox görüntü saxlaya bilən 8 GB-lıq microSD kartla təchiz olunub.
Digər tərəfdən, satışa çıxarılacaq televizorlarla bağlı KicStarter-də kampaniya başladılıb. Şirkət indiyədək 128 640 dollardan çox vəsait toplayıb. Kiçik televizorları artıq şirkətin Kicstarter səhifəsindən sifariş etmək olar. Televizorların qiymətləri 49-59 dollar arasında dəyişdiyi halda, televizoru pultla idarə etmək istəyənlər daha 10 ABŞ dollar ödəməlidirlər.
Qeyd edək ki, TinyTV seriyası "TinyCircuits" təsisçisi və prezidenti Ken Burns tərəfindən dizayn edilib və ABŞ-ın Ohayo ştatında istehsal edilib.
TinyTV 2-nin xüsusiyyətləri:
Ölçülər: 47.6 x 36.6 x 25.9 mm
Ekran: 26 mm
Piksel sayı: 216 x 135 piksel
Enerji saxlama müddəti: 2 saat
Yaddaş: 8 GB / 10 saat video
Qiymət: $49
TinyTV Mini-nin xüsusiyyətləri:
Ölçülər: 26.3 x 23.8 x 21.9 mm
Ekran: 15.2 mm
Piksel sayı: 64 x 64 piksel
Enerji saxlama müddəti: 1 saat
Yaddaş: 8 GB / 40 saat video
Qiymət: $59 USD.
Dünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, XüsusiyyətlərDünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, Xüsusiyyətlər

Xəbərlər     Tarix: 31 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler dollar mezenne bitkoin qiymeti biznes krediti pul qazanmaq