Dünyanın nüfuzlu məktəblər şəbəkəsinin açılış mərasimi baş tutub

Dünyanın nüfuzlu məktəblər şəbəkəsinin açılış mərasimi baş tutub6 oktyabr tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü, "PAŞA Holding" Şirkətlər Qrupunun sponsorluğu ilə Azərbaycanda tədrisə başlayan dünyanın nüfuzlu məktəblər şəbəkəsi "Holberton School"un açılış mərasimi baş tutub.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, "Holberton school"un icraçı direktoru Florian Buşe və tərəfdaş qurumun nümayəndələri iştirak edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Tədbirdə tələbələr "Holberton school"un ümumi metodologiyası, tədris müddətində onlara nələrin gözlədiyi barədə ətraflı məlumat verilib. 
Açılış nitqində İnarə Vəliyeva nüfuzlu məktəblər şəbəkəsinin Azərbaycandakı rolu barədə danışıb: 
"Bu gün Azərbaycan İKT təhsil dövründə yeni səhifə başlayır. 60 parlaq beyin bu məktəblər şəbəkəsində təhsil almaq imkanı əldə edib. Bu əməkdaşlıq ölkədə İKT sahəsində kadr potensialının artırılmasına böyük töhfə olacaq. Ümid edirik ki, bu təşəbbüsün sonunda burada ixtisaslaşmış kadrlar əmək bazarında layiqli yerini tapacaq". 
Əməkdaşlığa əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış Holberton Azərbaycanda yeni tədris proqramına start verir. Qeyd edək ki, Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.
Tam ödənişsiz həyata keçirilən tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə baş tutur ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradacaq.
Qeydiyyat müddətində 2000-dən çox insan proqrama müraciət edib. Proqramda iştirak hüququ qazanan 60 nəfərdən 27 faizi qadın, 73 faizi kişi namizədlərdir. Onlar 100 faiz tam təqaüd imkanı qazanıblar. Proqramı qazanan 60 nəfərin orta yaş həddi 22-dir. 
Tədris proqramı müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək.
Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi, artırılmış və virtual reallıq, "Low level and Algorithms", "Full stack", "Front-end" və "Back-end" proqramlaşdırma) müraciət edə bilərlər.
Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.
Dünyanın nüfuzlu məktəblər şəbəkəsinin açılış mərasimi baş tutub/ marja.az

Maraqlı     Tarix: 06 oktyabr 2023

Oxşar xəbərlər

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19


iqtisadi xeberler bitkoin valyuta mezennesi dollarin kursu bu gun dollar kursu