EBRD "Bank Respublika"ya növbətə dəfə iri həcmdə kredit ayırdı

EBRD ®Bank Respublika və EBRD Azərbaycanda real sektorun dəstəklənməsi məqsədilə növbəti irihəcmli saziş imzalayıb.
Ölkənin aparıcı banklarından biri olan real sektorun aktiv dəstəkçisi Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişaf Fondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə kredit sazişi imzalayıblar. Sazişə əsasən, EBRD "Bank Respublika"ya 10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada (AZN) sintetik kredit təqdim edəcək.
EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişaf potensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə və Bank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə, xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verir. Geniş filial şəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngin təcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinə effektiv şəkildə dəstək göstərir.
""Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcı maliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikaya kreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımıza göstərilən yüksək etimadın aydın təzahürüdür.  Cəlb edilən vəsaitlər ölkə və Bank Respublika üçün prioritet sahə olan real sektorun inkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nın davamlı iqtisadi inkişafa verdiyi strateji dəstəyin növbəti təsdiqidir." – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
"Bank Respublika ilə olan uğurlu əməkdaşlığımızı regionlarda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə imkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilə davam etdirməkdən olduqca məmnunuq. Aşağı gəlirli regionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır.", – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidze bildirib.
 Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 28 aprel 2025

Oxşar xəbərlər

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31


iqtisadi xeberler avtomobil xeberleri bu gunun xeberleri valyuta kurslari birbank