Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi rəqəmsallaşdırılır

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi rəqəmsallaşdırılırDekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən "Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması" mövzusunda ictimai təqdimat keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Bank Assosiasiyasının rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin Fərmanının icrası ilə bağlı görülən tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə Məhkəmə Ekspertizası Mərkəzinin mühüm rolunu qeyd edib.
Mərkəzin rəisi Elçin Qasımov qurumun tarixi, fəaliyyət istiqamətləri, müasir imkanları və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşdırılması, ədliyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə hazırlanmış ekspertizaların icra vəziyyətini izləməyə və nəticələri barədə məlumatlar əldə etməyə imkan verən yeni elektron xidmətin təqdimatı keçirilib, onun funksionallığı əyani nümayiş etdirilib.
Bildirilib ki, e-xidmət vasitəsilə işin (materialın) nömrəsi, ekspertizanın növü, sənədin Mərkəzə daxil olma tarixi, onun icra vəziyyəti, əlavə material (sübutların) təqdim edilməsi və ya tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda onun tarixi, mahiyyəti və vəsatətə baxılması nəticəsi, habelə rəyin verilməsi tarixi, rəy verilmədiyi halda isə səbəbi və sənədin icra olunmadan geri qaytarılması tarixi barədə məlumatlar əldə etmək mümkündür.
Tədbir zamanı həmçinin, məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tələbindən irəli gələrək hazırlanmış Məhkəmə Ekspertlərinin Reyestri, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri və Məhkəmə ekspertizasının metodik fondunun mahiyyəti və əhəmiyyəti barədə təqdimat keçirilib. Diqqətə çatdırılıb ki, Nazirlik tərəfindən yaradılan elektron resursların informasiya təminatı Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq ekspertiza idarələrinin məlumatları əsasında formalaşıb.
Tədbir iştirakçıları ekspertiza sahəsində tətbiq olunan rəqəmsal innovasiyaları maraqla qarşılayaraq bu yeniliklərin ekspertiza fəaliyyətində şəffaflığın və operativliyin artırılmasına, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasına xidmət edəcəyini vurğulayıblar. / banker.az

Xəbərlər     Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti bu gunun xeberleri biznes qurmaq