Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu "Bank Respublika"nın vəziyyəti açıqlanıb

Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu "Bank Respublika" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun)  26 milyon 264 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 17 milyon 588 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 676 min manat və ya 49,3 % artıb.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 22 milyon 457 min manat və ya 21% artaraq 129 milyon 207 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 10 milyon 980 min manat və ya 12,9 % artaraq 95 milyon 822 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti  11 milyon 477 min manat artaraq 33 milyon 385 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 21 milyon 908 min manat). 
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 893 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə "Bank Respublika" əməliyyat mənfəətindən 154 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə ötən ilin sonu ilə müqayisədə "Bank Respublika"nın cəmi aktivləri 94 milyon 448 min manat və ya 4,4% artaraq 2 milyard 225 milyon 424 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 68 milyon 196 min manat və ya 5,8 % artaraq 1 milyard 242 milyon 426 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 24 milyon 22 min manat artaraq  274 milyon 766 min manata, biznes kreditləri portfeli 34 milyon 129 min manat artaraq 835 milyon 510 min manata, ipoteka kreditləri portfeli 10 milyon 46 min manat artaraq  131 milyon 911 min manata qalxıb.
BANKDA DEPOZİTLƏR 1,5 MİLYARD MANATA YAXINLAŞIB
2024-cü ilin ilk 6 ayı ərzində "Bank Respublika"da cəmi depozitlər 43 milyon 185 min manat və ya 3% artaraq 1 milyard 486 milyon 976 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 23 milyon 27 manat artaraq  683 milyon 632 min manata, hüquqi şəxslərin depozitləri isə 20 milyon 158 min manat artaraq 803 milyon 344 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində "Bank Respublika" 184 milyon 809 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 165 milyon 910 min manat məcmu kapitala malik idi.
Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu

Banklar     Tarix: 14 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma


iqtisadi xeberler biznes ideyalari iqtisadiyyat xeberleri biznes xeberleri bitkoin