Əhaliyə təklif dilən depozit faizləri son 5 ilin maksimumuna qalxıb

Əhaliyə təklif dilən depozit faizləri son 5 ilin maksimumuna qalxıbAzərbaycanda yerli banklar Mərkəzi Bankın sərt monetar siyasəti fonunda depozitlər üzrə faizləri son 5 ilin maksimum həddinə qədər artırıblar.
Banker.az və qarant.az-ın birgə araşdırmasına əsasən, milli valyutada olan depozitlərin illik gəlirlilik dərəcəsi fiziki şəxslər üçün 9.54 faizə qədər yüksəlib ki, bu da təkcə son bir ildə depozit faizlərinin 31 baza bəndi artımı deməkdir. Əhali üçün xarici valyutada cəlb edilən depozit faizləri isə 2.83 faizə qədər qalxıb ki, bu da ilin əvvəlindən 79 baza bəndi artımdır.
Beləliklə, əhalidən cəlb edilən depozitlərin milli valyutadakı orta faiz gəlirliliyi 2019-cu ilin noyabrı, xarici valyutada isə həmin ilin əvvəlindən bu tərəfə maksimum həddə qalxıb.
Hazırda 1 noyabr 2024-cü il tarixinə banklarda əhalinin 13.969 mlrd. manat depozitinin 8.315 mlrd. manatı müddətlidir.
Azərbaycanda 2022-ci ildə yüksələn inflyasiya fonunda Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirmişdi, hansı ki dünyanın əksər mərkəzi bankları bu addımı qiymət artımlarını cilovlamaq yolunda atmışdı. AMB son üç iclasda faiz parametrlərinin heç birinə toxunmayıb. Azərbaycanda uçot faiz dərəcəsi həmişə diqqət mərkəzində olaraq müzakirə edilsə də, əsas təsiredici amil məcburi ehtiyat normalarının olması görülməkdədir. Mərkəzi Bank differensial qaydada məcburi ehtiyat normaları üçün bunu tətbiq etməyə başlayıb ki, nəticədə portfelindəki iri "xərcsiz" depozitlərin bir hissəsini hərəkətsiz hala gətirib. Bu da o deməkdir ki, sistem əhəmiyyətli banklar da maliyyə mənbəsi kimi əhalidən vəsait cəlbi üçün cəlbedici faizlər təklif etməyə meylli olurlar. Tənzimləyici bununla bazardakı avtonom faktorların təsiri azaltmaq və faizlərin işə düşməsini təmin etmək istəyir.
Əhaliyə təklif dilən depozit faizləri son 5 ilin maksimumuna qalxıbİndiyə qədər illik 5-6 faiz illik gəlirlilik təklif edən banklarda hazırda orta faizlər 11 faizə qalxıb. Hətta 18 ay üzərində 12 faiz gəlirlilik təklif edirlər ki, bu da sığortalanan əmanət üçün tavan gəlirlilik dərəcəsidir.
Sabit məzənnə yerli bankların xarici valyutada da depozit cəlb etməkdə iştahını artırmaqdadır. Bir sıra banklar xarici valyutada olan depozitləri cəlb etməklə onu svopla manata da çevirmə imkanından əldə edir.
Fond bazarında əsas alıcı qismində çıxış edən bankların dövlət istiqrazlarına son ildə marağı aşağı görünür. Dövlət istiqrazlarının hər bir tədavül müddəti üzrə gəlirlilik dərəcəsi 9-10 faiz aralığına yüksəlib. Onların qiymətli kağızlar portfeli ilin ikinci yarısından bu tərəfə 7.514 mlrd. manatdan 7.352 mlrd. manata düşüb. Buna qədər bu portfel artan xətlə gedirdi.

Banklar     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs


iqtisadi xeberler avtomobil xeberleri online pul qazanmaq dollar mezenne en son xeberler