EIA Azərbaycanın 2024-cü il üzrə neft hasilatı proqnozunu dəyişib

EIA Azərbaycanın 2024-cü il üzrə neft hasilatı proqnozunu dəyişibABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
Banker.az xəbər verir ki, EIA-in 2023-cü ilin oktyabr üzrə açıqladığı proqnozda 2024-cü ildə Azərbaycanın neft hasilatının ümumilikdə dəyişməz saxlayıb.
Bildirir ki, Azərbaycan 2024-cü ildə gündəlik 640 min barrel həcmində xam neft hasil edəcək. Birinci rübdə gündəlik 640 min, ikinci rübdəə 630 min, üçüncü rübdə 640 min vədördüncü rübdə isə 650 min barrel neft hasil edəcəyi proqnoz edilir. Lakin, ilin ikinci rübü ərzində gündəlik hasilat proqnozu sentyabrdakı proqnozunda 640 min barel idi.
Azərbaycanın xariclə ticarətində əsas ixrac neft-qaz məhsullarının üzərinə düşür. Xam neftin ixracda payı 46.13% təşkil edir. 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan xaricə 18.51 mln. ton və ya $11.23 mln.-luq xam neft ixrac edib.
Bununla bağlı yaxın zamanlarda operator "BP Azerbaijan" da açıqlamasından sonra məlum olub ki, hasilat azalıb. Bu əslində gözlənilən idi. Dövlət Büdcəsi ilə bağlı rəydə də azalma ilə bağlı qeydlər var idi. Cari ilin ilk 6 ayında neft istehsalında əsas təchizat yatağı olan Azəri-Çıraq-Günəşli yatağından gündə orta hesabla 375 min barel neft çıxarılıb. Bu 2022-ci ilin eyni dövründə 424 min ton xam neft hasil edilmişdi. İllik müqayisə üçün AÇG-dən çıxarılan neftin həcmi illik 12% azdır.
AÇG həm də ölkənin suveren fondunun gəlirlərində mühüm rola malikdir. Dövlət Neft Fonduna daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.
EIA-nın 2023-cü ilin ilk iki rübü ilə bağlı hasilat proqnozu isə 650 min və 620 min barrel-gündəlik idi.

Xəbərlər     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Telegram-ın yaradıcısı Rusiyada terrorçu elan edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durovu terrorçuların axtarış siyahısına daxil edib. xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qurumun iddiasın

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler bitkoin emlak xeberleri dollar mezenne dollar manat kursu