Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladıNazirlər Kabineti "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası"nı təsdiq edib.
KONKRET.azxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
"İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası" (Qayda) "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun (İşçi Qrup) tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir.
İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (Milli Koordinator) yanında ictimai əsaslarla fəaliyyət göstərir.
Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (Milli Fəaliyyət Planı) iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir.
İşçi Qrupun tərkibi
İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur.
İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.
İşçi Qrupun təşkili
İşçi Qrupun fərdi tərkibi bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında Milli Koordinator tərəfindən təsdiq edilir.
İşçi Qrupa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi rəhbərlik edir.
İşçi Qrupun iclasları Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən rübdə bir dəfədən az olmayaraq çağırılır.
İşçi Qrupun iclaslarının gündəliyi Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən müəyyən edilir.
İşçi Qrupun iclaslarında onun üzvlərinin azı üçdə ikisi iştirak etməlidir.
İşçi Qrupun iclaslarında hazırlanan təkliflər sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, İşçi Qrupun rəhbərinin səsi həlledici hesab edilir.
İşçi Qrupun iclasları İşçi Qrupun rəhbərinin imzaladığı protokolla rəsmiləşdirilir.
İşçi Qrupun fəaliyyəti
İşçi Qrupun fəaliyyəti Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sisteminin yaradılmasından və bu qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsindən ibarətdir. Bununla əlaqədar İşçi Qrup aşağıdakı funksiyaları yerinə yetirir:
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətlərini əlaqələndirir;
Milli Fəaliyyət Planının icrası zamanı qarşıya çıxan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayır;
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında operativ qaydada məlumat və qarşılıqlı informasiya mübadiləsini təmin edir;
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında təcrübə mübadiləsini təmin edir;
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür.
İşçi Qrupun fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Xəbərlər     Tarix: 17 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti