Elşad Hacıyevdən narkotik alverçilərinin tutulub-buraxılması ilə bağlı iddialara CAVAB

Elşad Hacıyevdən narkotik alverçilərinin tutulub-buraxılması ilə bağlı iddialara CAVABDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin tutulub-buraxılması ilə bağlı iddialara aydınlıq gətirib.
azxeber.com xəbər verir ki, o bildirib kli, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin azadlığının məhdudlaşdırılması qanunla tənzimlənir: 
"Suallar var – ziddiyyətli, düzgün olmayan açıqlamalara, şərhlərə rast gəlinir ki, polis hansısa narkotik satışını həyata keçirən şəxsi tutur və sonradan sərbəst buraxır. Halbuki bu fikirlər qəsdən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin və onların yaxın çevrəsinin iddialarıdır. Bu iddialar hüquqi baxımdan məlumatsız şəxslərin düşüncəsində çaşqınlıq yaradır. Nəzərə alınmalıdır ki, inzibati xətalar və cinayət qanunvericiliyinin müvafiq maddələrinə əsasən cəza "az miqdarda", "xeyli miqdar", "xüsusilə külli" miqdarlarla bağlı normaya uyğun təyin olunur. 
Çaşqınlıq yaradan əsas xüsusları nəzərdən keçirək. İnzibati qanunvericiliyə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati cəzanın həbs növündə yuxarı həddi iki aydır. 
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şəxs ən az bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Suallar yaradan məqam "azadlığın məhdudlaşdırılması", "azadlıqdan məhrum etmə" anlayışlarıdır. Azadlığın məhdudlaşdırılması həbs növündə deyil, digər qətimkan növünə – ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.
Azadlıqdan məhrumetmədə isə şəxs cəzasını məhkəmə hökmü əsasında məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada çəkir.
Qaldı ki, digər halda əməldə residiv (təkrar eyni tərkibli cinayət əməli) varsa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsin satış həyata keçirməsi sübuta yetirilibsə həmin şəxsin cəzasının ən aşağı həddi üç, yuxarı həddi on iki ilədək olmaqla azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəzanın yuxarı həddi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə  töfsif olunur. Daha bir xüsus isə narkotik vasitənin digər şəxsə bəxşiş-hədiyyə kimi versə belə, bu da satış kimi istintaq olunur. Bununla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı var.
Qeyd olunanları nəzərə nəzərə alaraq, diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli heç bir fakta etinasız yanaşılmır, cəzanın labüdlüyi prinsipi təmin olunur". 

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler internetden pul qazanmaq avtomobil xeberleri bitcoin valyuta kurslari