Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilibƏmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixindən 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Günay Bank" ASC "Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Banker.az bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank"ın lisenziyası 17 may 2023-cü il tarixindən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə Bank müflis elan edilib və barəsində iflas proseduruna başlanılıb.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi
Bankın adı
1
30.07.07
ASC "XALQ"Bankı
2
"Azərbaycan Beynəlxalq Bankı"ASC
3
"ACCESSBANK" QSC
4
Melli İran Bankı Bakı filialı
5
"Azər-Türk Bank" ASC
6
"Bank of Baku" ASC
7
"Bank Respublika" ASC
8
"Kapital Bank" ASC
9
"Muğanbank" ASC
10
"YELO BANK" ASC
11
"Rabitəbank" ASC
12
"TURANBANK" ASC
13
"UNİBANK" KB ASC
14
Yapı Kredi Bank Azərbaycan QSC
15
07.08.07
"Expressbank"ASC
16
10.09.07
"Azərbaycan Sənaye Bankı" ASC
17
04.12.07
"Bank Avrasiya" ASC
18
"Paşa Bank" ASC
19
29.08.08
"Naxçıvanbank" ASC
20
16.01.09
"AFB BANK"ASC
21
26.02.09
BANK VTB (AZƏRBAYCAN) ASC
22
28.04.09
PREMIUM BANK ASC
23
15.04.10
Bank "BTB" ASC
24
15.05.15
"Ziraat Bank Azərbaycan" ASC

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca


iqtisadi xeberler kicik biznes kripto depozit faizleri iqtisadiyyat xeberleri