"Əməkhaqların artırılması ilə elmdən nəyisə gözləmək sadəlövhlük olardı
"Biz hesab edirik ki, elmə ayrılan xərclərin az olmasında səbəb buradakı struktur problemləridir".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Elmin İnkişafı Fonduna ayrılan pulların xərclənməsi heç baş verməyib:
"Prezident tərəfindən müvafiq qərar qəbul edilib. AMEA-nın bir hissəsi Elm və Təhsil Nazirliyinə verilib. Həmin nazirliyə təkliflərini hazırlamaq üçün 6 ay vaxt verilib. Mən əminəm ki, həmin təkliflər hazırlanandan sonra biz müvafiq qərarlar qəbul edəcəyik. Biz bunların dövlət büdcəsində əksini görəcəyik. Sadəcə, əməkhaqların artırılması yolu ilə mövcud strukturda elmdən nəyisə gözləmək sadəlövhlük olardı".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd