Ən güclü batareyaya malikdir, 80 saat istifadə etmək mümkündür - artıq Azərbaycanda satışda

Ən güclü batareyaya malikdir, 80 saat istifadə etmək mümkündür - artıq Azərbaycanda satışda(®) Keçən ay Samsung sağlam vərdişlər yaratmağa və sağlam həyat tərzi keçirməyə kömək edən etibarlı və dəbli smart cihazları olan Galaxy Watch5 və Galaxy Watch5 Pro-nun təqdimatını keçirib.
Bu dəfə də Samsung şad xəbərlə qarşınızdadır - Galaxy Watch5 və Galaxy Watch5 Pro smart saatları artıq Azərbaycanda satışa çıxarılıb.
Qeyd edək ki, məhsulları rəsmi Samsung distribyutorlarından əldə etmək olar. Sentyabrın 25-nə kimi Galaxy Watch5 və ya Galaxy Watch5 Pro-nu alan hər kəs, hədiyyə olaraq Galaxy Buds Live qulaqlıqlarını əldə edəcək. Son vaxtlara qədər ağıllı saatlar vaxtı, tarixi göstərmək, hətta addımları saymaq qabiliyyətinə malik hesab olunurdu. Texnologiyaları sevən insanlar isə "elə bu qədər?" soruşurdu. Bu gün ağıllı saatların funksiyaları sizə çox şey etməyə imkan verir. Saatın unikal imkanları sayəsində sağlam həyat tərzi sürmək göründüyündən də asanlaşıb. Hər kəs bilir ki, sağlamlığa gedən yol təkcə idmandan, pis vərdişlərdən imtina etməkdən və sağlam qidalanmadan keçmir. Sağlamlığa gedən yol həmçinin nəticələrin və nizam-intizamın daimi monitorinqindən keçir. Samsung yeni nəsil ağıllı geyilə bilən cihazlarla bunu çox asanlaşdırır. Əvvəlki modellərdən fərqli olaraq, Galaxy Watch5 gündəlik funksiyaları və məqsədlərinizə daha səmərəli şəkildə çatmağınıza kömək edəcək parametrləri təkmilləşdirib. Galaxy Watch5 Pro sapfir kristal və titan korpusu ilə 2 dəfə daha davamlıdır.
Lazım olan xüsusiyyətlər həmişə sizinlədir. "Galaxy Watch5" və "Galaxy Watch5 Pro"ya istifadəçinin sağlamlığının daha dolğun mənzərəsini təqdim edən üç ayrı sensoru birləşdirən innovativ "3-in-1" BioActive sensoru daxildir: optik ürək döyüntüsü, elektrik ürək siqnalı və bioelektrik impedans analizi. Bundan əlavə, istifadəçilər indikatorlardan daim xəbərdar olmaq üçün ürək dərəcəsini və ürək-damar sistemini izləmək imkanına malikdirlər. Bundan əlavə, bu sensor qan təzyiqini birbaşa biləkdən ölçməyə imkan verir.
Ağıllı cihazların əsas funksiyalarından biri bədəndəki yağ və əzələ toxumasının faizi kimi mühüm elementləri ölçməyə imkan verən bədən tərkibinin təhlilidir (BIA). Biləyinizdəki şəxsi məşqçi bədəninizin ağıllı analizini təmin etməklə sağlamlıq məqsədlərinizə çatmağınıza kömək edəcək.
Galaxy Watch5 və Galaxy Watch5 Pro idmanla məşğul olanlar üçün sadəcə mükəmməl vasitədir. Ağıllı Galaxy cihazını taxıb hədəfinizə doğru irəliləmək kifayətdir. Cihazlar avtomatik olaraq bütün növ məşqləri aşkar edir: qaçış, gəzinti, velosiped sürmə, dinamik məşq, üzgüçülük, elliptik məşq və avarçəkmə, həmçinin 90-dan çox əvvəlcədən konfiqurasiya edilmiş fiziki fəaliyyət növlərini dəstəkləyir.
İdmanın sizə həzz gətirəcəyi şəkildə məşq edin və ağıllı saat atılan addımların sayını, yandırılan kaloriləri, qan oksigenini və daha çoxunu izləyəcək. Batareya ilə bağlı narahat olmayın, Galaxy Watch5 Pro geyilən qurğular cərgəsində ən güclü batareyaya malikdir. O, 80 saat normal istifadə və ya aktiv GPS ilə 20 saat fasiləsiz istifadə üçün qiymətləndirilən daha böyük 590 mAh batareya ilə təchiz edilmişdir. Galaxy Watch5-in 40 mm-lik versiyasında 284 mAh batareya, 44 mm-lik versiyada isə 410 mAh batareya var. Hər iki model 40 saatlıq batareyanın işləmə müddəti ilə qiymətləndirilib.
Sağlam yuxu təkcə faydalı deyil, həm də məşq prosesində bərpa elementi kimi böyük rol oynayır. Qabaqcıl yuxu fazasının monitorinqi texnologiyası sizə sağlam vərdişlər formalaşdırmağa və yuxunun növünü müəyyən etməyə imkan verir. Yuxu Hesabı funksiyası yuxu fazalarını hesablamağa və səhər oyanmağınıza kömək etməklə yanaşı, həm də yaxşı yuxuya getməyinizə mane ola biləcək hər cür məlumatı toplayacaq.
Cihazlar haqqında daha ətraflı məlumatı Samsung Azərbaycan saytından əldə edə bilərsiniz: www.samsung.com/az.
Ən güclü batareyaya malikdir, 80 saat istifadə etmək mümkündür - artıq Azərbaycanda satışdaƏn güclü batareyaya malikdir, 80 saat istifadə etmək mümkündür - artıq Azərbaycanda satışda

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler valyuta kurslari dollarin kursu bu gun biznes ideyalari rubl mezenne