Ən yaxşı displeyi olan smartfon seçilib
Müxtəlif matrislərin laboratoriya sınaqları üzrə ixtisaslaşan "DispleyMate" ən yaxşı displeyi olan smartfon olaraq iPhone 14 Pro Max-ı seçib. Mütəxəssislər ekranın parlaqlığını və istənilən işıq şəraitində yüksək kontrastı saxlamaq qabiliyyətini yüksək qiymətləndiriblər. Xatırladaq ki, iPhone 14 Pro və Pro Max Cənubi Koreyanın "Samsung" şirkəti tərəfindən hazırlanmış displeylərdən istifadə edir.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
iPhone 14 Pro və Pro Max smartfonlarının "Samsung" istehsalı olan displeylərdən istifadə etməsi səbəbindən mütəxəssislər Cənubi Koreya şirkətinin yeni flaqmanı Galaxy S23 Ultra-nın yaxın gələcəkdə onların reytinqinin yeni lideri ola biləcəyini hesab edirlər.
Qeyd edək ki, iPhone 14 Pro Max-dan qabaq reytinqdə birinci yeri iPhone 13 Pro Max tutub.
"Apple" sentyabrın 7-də keçirilən təqdimatda iPhone 14 smartfonlarının yeni xəttini təqdim edib. Smartfonlarla yanaşı, şirkət yeni ağıllı saatlar nümayiş etdirib, həmçinin "AirPods Pro" simsiz qulaqlıqlarını yeniləyib.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml