Ərdoğan: "İstanbuldakı iclasda BMT-nin planı çərçivəsində taxılla bağlı əsas xətləri üzrə razılıq əldə olunub"
"Hazırda bizim rolumuz ev sahibiyik. Ev sahibi kimi vasitəçiliyimiz var. Biz uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üzərində işləyirik. Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi həmsöhbətləri ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.
"İndi bu həftə biz bu memorandumu yazılı mətndə görmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə plan həyata keçirilməyə başlayacaq. Proses İstanbulda yaradılacaq koordinasiya mərkəzindən gerçəkləşdiriləcək. Burada ölkəmizdən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək. Bütün əlaqədar tərəflərin etimadını qazanan ölkəmiz qurumlararası yanaşma ilə prosesin sağlam şəkildə icrası üçün lazımi koordinasiyanı həyata keçirəcək. Qlobal ərzaq təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən bu həssas prosesə son qoymaq üçün gərgin səylərimizi davam etdiririk", – dövlət başçısı qeyd edib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İnstaqramda biznes qurmağın yolları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Elon Musk kimdir?
Startup nədir və necə olur?