Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLAR

Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLARRusiya Cənubi Qafqazda erməniləri daim türklərə qarşı istifadə edib. Osmanlı Türkiyəsinin tərkibində yaşayan çoxsaylı ermənilərin xəyanəti nəticəsində Rusiya Türkiyə müharibəsində Osmanlı imperiyası ciddi itkilər verib. Tarixin sonrakı mərhələlərində tarixi Azərbaycan torpaqlarına minlərlə erməninin köçürülməsini təmin edən Rusiya, Türkiyə ilə Azərbaycan arasında erməni dövlətini yaratmaqla çirkin planını həyata keçirib. 20-ci əsrin əvvələrində Ermənistan adlı dövlət Cənubi Qafqazda peyda olanda əhalisinin 60% – dən çoxu azərbaycanlılar idi. Rusların köməyindən istifadə edən bədnam qonşular zaman-zaman etnik təmizləmə apararaq 1988-ci ildə öz planlarını başa çatdırdılar.
Deməli, Rusiyanın forpostu hesab edilən Ermənistan rusların "əsəri" hesab olunur. Rusiyada isə ermənilərin xəyanətindən bütün tarixçilər xəbərdardır. Birinci Qarabağ müharibəsində Rusiyanın köməyi ilə ərazilərimizi işğal edən Ermənistan, bu işğalın əbədi olacağını düşünsə də bu, baş vermədi. 3 il əvvəl Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazilərini işğaldan azad etdi. Arxada qalan üç il ərzində Ermənistan Rusiyanı onlara kömək etməməkdə ittiham edir və müttəfiqininin ünvanına hər cür tənqidlər yağdırır.
Politoloq Tural Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, ermənilər geosiyasi vəziyyətin həmişə onların xeyrinə dəyişəcəyini güman ediblər:
Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLAR"Rusiya hazırda geosiyasi konfuqurasiyada Ermənistanın şıltaqlıqlarına dözmür. Ruslar müasir dünyanın tələblərinə uyğun digər region ölkələri ilə əməkdaşlıq formatı seçməyi qarşısına məqsəd qoyub. Anlayırlar ki, bu formatda Ermənistanın maraqlarını tam təmin olunması mümkün olmayacaq. Qarabağ işğaldan azad edildikdən sonra Rusiya sülhməramlıları regiona gəldi və ermənilər yenə də düşünürdülər ki, Rusiya sülhməramlılarının köməyi ilə bölgədə hansısa bir status kvonu qoruyub saxlayacaqlar. Güman edirdilər ki, Laçın yolunda Azərbaycan sərhəd-buraxılış məntəqəsi qurulmayacaq və orada əbədi olaraq Rusiya sülhməramlıları dayanacaq. Bunlar da bu rahat-rahat işlərini görəcək.
İndi Ermənistan narazılıq edir ki, Rusiya onların maraqlarını qorumur və ya KTMT-daxilində Azərbaycana təzyiq etmir. Ermənilər hesab edir ki, Rusiya sülhməramlıları Azərbaycanla qarşıdurmaya getməli və Azərbaycanın öz suveren ərazilərində sərhəd-buraxılış məntəqəsi qurmasının qarşısını almalıdır. Bütün narazılıqların kökü məhz buradan qaynaqlanır. İndi Ermənistan Rusiyanı şantaj etməklə Qərblə isti münasibətlər qurur. Rusiya gedən prosesləri görür və şimal qonşumuzun Ermənistanda çox böyük təsir imkanları var. Rusiya sadəcə öz maraqlarını Ermənistanın maraqlarına qurban verməmək yolunu seçib.
Daha sonra politoloq Qarabağdakı qondarma rejim daxilindəki parçalanmaya toxundu. Bildirdi ki, bu proselər təsadüfü baş vermir:
"Qondarma rejimin əvvəlki kimi prosesləri nəzarətdə saxlaya bilməməsi Azərbaycanın sərt və prinsipal tələblərinin nəticəsidir. Çünki Azərbaycan artıq Laçında sərhəd-buraxılış məntəqəsi qurub. Hazırda Ağdam-Xankəndi yolunda yüklər dayanıb və o yüklər mütləq Xankəndinə daxil olacaq. Ermənistan və Qondarma rejim artıq anlayır ki, o yol açılsa onların arzuları tarixin arxivinə gedəcək və həmin xülyalar bütövlükdə qapanacaq, yeni reallıqlarla barışmalı olacaqlar. Bunun əksi isə müharibədir. Müharibənin nə ilə nəticələnəcəyini yaxşı anlayırlar. İndi təxribatlarla beynəlxalq oyunçuları bura cəlb etmək, xilas olmaq, sülhdən boyun qaçırmaq istəyirlər. Çünki sülh Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Eyni zamanda qondarma rejimin tam olaraq məhvi ilə nəticələnəcək".
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler kicik biznes biznes qurmaq bitcoin qiymeti 1000 manatla biznes