Evin həm kişisiyəm, həm də qadını

Evin həm kişisiyəm, həm də qadını"Hal-hazırda qızımın yanına Türkiyəyə gəlmişəm. Həm istirahət edirəm, həm də onun üçün çox darıxmışdım deyə birlikdə gün keçiririk. Biz il boyu o qədər işləyirik ki, istirahətə möhtac qalırıq. Sənət adamlarının şəxsi həyatı olmur. Biz bayramlarda bayramdan sonra istirahət edirik, bütün günü səhnələrdə oluruq. Hazırda bilirsiniz ki, toylar yoxdur, fürsətdən istifadə edib dincəlirik"
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra əlavə edib.
"Toylar olanda evdə tapılmıram, evdə də oturanda o qədər yorğun oluram ki, istəyirəm mənə qulluq etsinlər. İstəyərəm ki, evdə oturum uşaqlar üçün sevdikləri yeməyi hazırlayım, amma vaxtım olmur. Bir şeyi özüm qoyum, özüm götürüm. Amma neyləyim? İş qadınıyam da, toya gedib-gəlmək elə işə gedib gəlməkdir. Mən evin həm kişisiyəm, həm də qadını" deyə sənətçi bildirib. Əməkdar artist bildirib ki, müxtəlif xarici ölkələrdən ona həmin ölkələrdə yaşaması üçün dəvətlər gəlib.
"Böyük tamaşaçı kütləsi qazanmışam, bütün bunlar elə-belədən olmayıb. Böyük zəhmətlər, əziyyətlər hesabına olub. Hara gedirəmsə orada böyük şənlik, xoş əhval-ruhiyyə yaranır. Bu da hər adama qismət olmur. Getdiyim xarici ölkələrdə də böyük diqqət və qayğı görürəm. İlk dəfə xarici ölkədə səhnəyə Türkiyədə çıxmışam. 6 ay Bodrumda solist işləmişəm. Təxminən 1991-ci il idi. Müqavilə bağlanmışdı, mən elə bilirdim ki, cəmi 1 ay qalacam. Sən demə 6 ay imiş. Bir Allah bildi ki, mən övladlarımdan, ailəmdən ayrı o altı ayı nələr çəkdim. Ürəyim partlayırdı. O vaxt  mobil telefonlar da yox idi, əlaqə saxlaya bilmirdim. O illərimi böyük kədər ilə xatırlayıram. Türkiyədə deyirdilər ki, "qal burada, səni ulduz edərik". Dedim ki, mən Azərbaycansız qala bilmərəm. Ondan sonra məni Almaniyaya dəvət etdilər. 3-4 il gedib 4-5 ay orada qalırdım, toylarda, konsertlərdə çıxış edirdim. Hətta fikrim var idi ki, gəlib evimi də satım, gedim birdəfəlik qalım. O vaxt uşaqlar hələ məktəbə getmirdilər. Qocalardım yad ellərdə. İndi də hara gedirəmsə 1 aydan artıq qala bilmirəm" deyə sənətçi bildirib.

Xəbərlər     Tarix: 29 avqust 2022

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler bitkoin almaq pul qazanmaq biznes ideyalari valyuta mezennesi