Əvvəllər rusdillilər öz dilimizdə təhsil alanlara 'çuşka' deyirdilər' - Deputat

Əvvəllər rusdillilər öz dilimizdə təhsil alanlara 'çuşka' deyirdilər' - Deputat"Rus dilində təhsilə pis baxa bilmərəm. Rus dilində təhsilə də ingilis, türk, fransız və ərəb dilində olan təhsil kimi yanaşıram".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev son vaxtlar rus dili təhsili ilə bağlı mübahisələrə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, hazırda cəmiyyətimizdə rus dilinə yönəlmiş fərqli münasibət mövcuddur:
"Rus dilində təhsilə də ingilis, türk, fransız və ərəb dilində olan təhsil kimi yanaşıram. Ölkəmizdə ingilis dilində fəaliyyət göstərən onlarla məktəb var, fransız dilində lisey var, başqa dillərdə olan məktəblər də var. Tam ingilis dilində fəaliyyət göstərən ali məktəb ocaqları da var. Rus dilinə qarşı isə münasibət digərlərindən fərqlidir. 
Bunun bir neçə səbəbi var: birinci səbəbi rus dilində təhsil alanların yerli-yersiz rus dilində danışmalarıdır. Bahalı yerlərdə, elitanın olduğu yerlərdə əksəriyyət rus dilində danışır. Bəlkə də elitanın çoxu rus təhsillidir ona görə. Doğrudur, buna müsbət yanaşmıram. Öz dilimiz ola-ola niyə rus dilində danışaq? Dili isə mükəmməl bilək, oxuyaq, yazaq. 
İkinci səbəbi, mənə görə Rusiyanın Qarabağın işğalında aldığı yer, 20 yanvar və Xocalı qırğınlarıdır. Sadə xalqda Rusiyaya və rus dilinə münasibət buna görə haqlı olaraq dəyişdi". 
Deputatın fikrincə, səbəblərdən biri də rus dilini bilməyənlərin rus dilini bilənlərdən aldığı qisasdır:
"Digər səbəbi isə rus dilini bilməyənlərin rus dilini bilənlərdən aldığı qisasdır. Çünki, tarixən belə bir fikir formalaşıb ki, rus dilində oxuyanlar daha mədəni, daha savadlı və daha yüksək dünyagörüşünə malikdirlər. Elə buna görə də rusdilli gənclər öz dilimizdə təhsil alanlara "çuşka" deyirdilər. Dövr, zaman dəyişib, amma təəssüflər olsun ki, öz dilimizdə olan məktəblərdə hələ də istədiyimiz təhsil keyfiyyətini əldə edə bilməmişik".
R.Nurullayev rus dilində təhsilə pis baxmadığını bildirib:
"Ümumilikdə isə, rus dilində təhsilə pis baxa bilmərəm. Arzumdur ki, ölkəmizdə dünyanın aparıcı dillərində təhsil verən onlarla yeni-yeni məktəblər açılsın".
Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup valideyn Bakı Şəhər Baş Təhsil İdarəsinin qarşısında toplaşaraq övladlarının rus sektoruna qəbul olunmasını istədiyiblər. Amma bunun üçün yerlərin olmadığı bildirərək etiraz ediblər. Bu məsələ isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aydın Nuri

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari kicik biznes dollar kursu