EY Azərbaycan şirkəti 2022-2023 illər üçün "EY İlin İş Adamı" müsabiqəsinə - START VERİB

EY Azərbaycan şirkəti 2022-2023 illər üçün EY Azərbaycan şirkəti növbəti "EY İlin İş Adamı" proqramına start verdiyini elan etdi.
FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları bu gündən etibarən öz ərizələrini proqramın komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunan bu müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramdır.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahəsindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2022-ci ilədək təqdim etməyə dəvət olunurlar.
EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və milli "EY İlin İş Adamı" müsabiqəsinin rəhbəri İlqar Vəliyev bunları söyləyib: ""EY İlin İş Adamı" proqramını ölkəmizdə artıq dördüncü dəfə keçiririk və bu məni həqiqətən sevindir. Bu il də biz bu çətin dövrdə davamlılıq və əzmkarlıq nümayiş etdirən və ətrafındakı icmaların həyatlarını yaxşılaşdırmaqda davam edən kiçik və orta sahiblərə diqqətimizi yönəltmişik."
"Müsabiqənin milli mərhələsinin qalibi daha sonra "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, istedadlı sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək və tanıtmaq üçün əla bir fürsətdir" – deyə İlqar Vəliyev əlavə etdi.
Kim iştirak edə bilər?
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında  tanış ola bilərsiniz.
EY Azərbaycan "EY İlin İş Adamı" proqramını təşkil edir, lakın müsabiqənin qalibini tam müstəqil jüri müəyyən edəcək. Belə ki, finalçılar və yarışın qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri ve beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq bitkoin qiymeti depozit faizleri