Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?Qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. Təcrübədə təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə ezamiyyə xərcinin hesablanması hallarına da rast gəlinir. Bu düzgün deyil, cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir. Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.
Məcəllədəki "norma" anlayışı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş həm respublikadaxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.
1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilmiş 108.4-cü maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Zəruri qeyd: Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur, yəni nahar üçün restoran çeki və ya mədaxil qəbzi almağa ehtiyac yoxdur.
Bəs işçiyə ödənilmiş ezamiyyə normasından artıq məbləğ gəlirdən çıxılırmı?
Misal: Vergi ödəyicisi qərar verir ki, işçi Bakı şəhərinə ezam olunsun, amma paytaxtda yemək qiymətlərinin yüksək olması səbəbindən işçiyə gündəlik xərc olaraq normada nəzərdə tutulan məbləğdən artıq – 30 manat ödənilsin. Bakı şəhərində gündəlik ezamiyyə norması 90 manat olduğu üçün, yemək xərci həmin məbləğin 20 faizi -18 manatdır. Vergi ödəyicisinin qərarına əsasən, gündəlik xərc olaraq 30 manat hesablanacaq.
Fərz edək ki, ezamiyyə müddəti 5 gündür, bu zaman işçiyə əlavə ödənilən 60 manat ((30 manat – 18 manat) x 5 gün) onun gəliri hesab olunacaq və əməkhaqqının üzərinə əlavə olunaraq gəlir vergisinə və sosial ayırmaya cəlb olunacaq. Həmin məbləğ heç bir halda gəlirdən çıxılan xərclərə aid edilə bilməz.
2-ci hala baxaq. Vergi ödəyicisi qərar verir ki, Gəncə şəhərinə ezam olunan işçiyə gündəlik xərc kimi 20 manat ödənilsin, amma bir şərtlə ki, yemək xərcini təsdiq edən sənədlər təqdim olunsun. Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin ezamiyyə norması 70 manat olduğundan, yemək xərci olaraq 14 manat (70 manat x 20%) nəzərdə tutulub. Vergi ödəyicisi bir günü 20 manatdan olmaqla, 3 günlük (60 manat) sənəd təqdim edir. Bu zaman ezamiyyə normasından artıq olan 18 manat ((20 manat -14 manat) x 3) işçinin gəliri hesab olunmur. Çünki işçi bu xərclə bağlı təsdiqedici sənədləri təqdim edib. O səbəbdən də 18 manat gəlirdən çıxılan xərclərə aid edilməsə də, mənfəət hesabına ödənilir. / banker.az

Xəbərlər     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler birbank dollar manat kursu en son xeberler depozit faizleri