Cənubi Koreyada "Samsung" və "Hyundai" daxili sərmayələri artıracaq
Samsung Electronics, Hyundai Motor və digər böyük Cənubi Koreya istehsalçıları daxili investisiya planlarını açıqlayıblar.
Biznes.az xəbər verir ki, Samsung Electronics süni intellektə tələbatın qlobal artımına cavab olaraq Pyeongtaek zavoduna yeni çip istehsalı xətti əlavə edəcək. Bu addım qrupun qarşıdakı beş il ərzində Cənubi Koreyaya qoyacağı 450 trilyon von (310,79 milyard dollar) ümumi investisiyanın bir hissəsi olacaq.
Hyundai Motor Group, 2026-2030-cu illər arasında Cənubi Koreyaya 125,2 trilyon von (86,47 milyard dollar) sərmayə qoyacağını açıqlayıb. Bu rəqəm, Hyundai və Kia-nın 2021-2025-ci illər arasında birgə 89,1 trilyon von investisiyasından artıqdır. 48,4 trilyon von R&D-yə, 36,2 trilyon von isə istehsal müəssisələrinin optimallaşdırılması və göydələn tikilməsi üçün ayrılıb.
Prezident Lee Jae Myung biznes liderləri ilə görüşü zamanı ABŞ-a 350 milyard dollarlıq investisiya öhdəliyindən sonra daxili investisiyanın vacibliyini vurğulayıb. Hyundai İdarə Heyətinin sədri Euisun Chung, ABŞ-ın 15% avtomobil tariflərinin təsirini vurğulayıb və elektrikli avtomobil fabrikləri ilə ixrac bazarlarını şaxələndirəcəklərini və 2030-cu ilə qədər avtomobil ixracatını ikiqat artıracaqlarını söyləyib.
Samsung İdarə Heyətinin sədri Cey Y. Li bildirib ki, şirkət daxili investisiyaları artıracaq, gənclər üçün keyfiyyətli iş yerləri yaradacaq və KOM-larla əməkdaşlığı gücləndirəcək.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?