FED faiz artırmağı yavaşlatmağa hazır olduğunu açıqlayıb
ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) sədri Cerom Pauel çərşənbə günü Federal Açıq Bazar Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, FED-in faiz artırmağı yavaşlatmağa hazırdır.
"Artım sürətinin (faiz dərəcəsinin) aşağı salınması məqsədəuyğundur. Bunun vaxtı artıq yaxınlaşır və bu, növbəti iclasda və ya ondan sonra baş verə bilər", - o deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Pauell əlavə edib ki, növbəti artımın tempi ilə bağlı yekun qərar hələ verilməyib.
Pauel əlavə edib ki, FED-in uçot dərəcəsi ilə bağlı gələcək qərarları ölkədə iqtisadi aktivlik və inflyasiya ilə bağlı məlumatlar asılı olacaq.
Çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi növbəti iclasında baza faiz dərəcəsini 0,75 bənd artıraraq illik 3,75-4%-ə çatdırıb. FED 2022-ci ilin əvvəlindən yüksək inflyasiyanı 2%-lik hədəfə endirmək üçün faizlərini davamlı olaraq artırır.
Tənzimləyici baza dərəcəsini ardıcıl dördüncü dəfə 0,75 bənd artırıb. FED, koronavirus pandemiyasının ağır iqtisadi nəticələrinə cavab olaraq faizlərini illik 0-0,25%-ə qədər plansız endirmişdi. / marja.az
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə