"FED faiz dərəcəsini 6%-dən yuxarı qaldıra bilər
ABŞ-ın aparıcı iqtisadçılarından biri, keçmiş maliyyə naziri Lourens Summersin fikrincə, FED-in faiz dərəcələrini daha da yüksəltməsi riski var.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, pul siyasəti və inflyasiya ilə bağlı şərhlər verən Sammers, FED-in inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini 6 faiz və ya daha yuxarı qaldırması riskinin olduğunu bildirib.
Summers, "Bu, gözlədiyim deyildi, lakin FED-in faizləri 6 faiz və ya daha çox artırsa, təəccüblənmərəm" deyib.
ABŞ Federal Ehtiyat Sistemi gözləntilərə uyğun olaraq dördüncü dəfə faiz aralığını 0,75 bənd artırıb. FED sədri Cerom Pauelll (Jerome Powell) inflyasiyanın azaldılması üçün bundan sonra da faiz dərəcələrini artırmağa hazır olduqlarını, lakin bunu daha kiçik artımlar ilə edə biləcəklərini deyib. FED, faizlərin artırılmasının iqtisadi aktivliyin pisləşməsi və iş yerlərinin bağlanması ilə nəticələnməsini istəmir.
Fed-in faiz dərəcəsi aralığını 3-3,25 faizdən 3,75-4,00 faizə yüksəltməsinin ardından təşkil edilən mətbuat konfransında danışan Pauell, "Son iclasımızdan bu yana əldə edilən məlumatlar, yekun faiz dərəcələrinin əvvəllər gözləniləndən daha yüksək ola biləcəyini göstərdi",- deyib.
"Biz düşündüyümüz faiz dərəcələrinə çatana qədər hələ çox yolumuz olduğunu düşünürük", - deyən Pauell, investorlara sərtləşdirmə addımlarının bitmədiyi barədə xəbərdarlıq edib.
"Faiz artırmağı dayandırmaq barədə düşünmək hələ tezdir" - deyən Pauell əlavə edib ki, növbəti və ya növbəti iclaslarda faiz artımının sürətini yavaşlatmaq məqsədəuyğun ola bilər, amma faizlərin artırılması davam edəcək.
FED-in faiz qərarı və FED sədri Jerome Powell-in açıqlamalarından sonra faiz dərəcələrində ən yüksək səviyyənin 2023-cü ilin may ayında 5,10% ilə reallaşacağına dair proqnoz bazarda ön plana çıxıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab