Fərman: İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Fərman: İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldıİpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 980.7 milyon manata qaldırılıb.
Banker.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişikliklə bağlı fərman imzalayıb.
Bununla da İKZF-in nizamnamə kapitalı 87.7 milyon manat və ya 10 faiz arıtılmış olub.
Fərmanın ikinci bəndində qeyd edilir ki, Fərmanın 1-ci hissəsinin icrası "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1947 nömrəli Fərmanının 1.11.6.7.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87.7 milyon manat hesabına təmin edilsin.
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

Banklar     Tarix: 15 sentyabr 2023

Oxşar xəbərlər

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


iqtisadi xeberler iqtisadiyyat xeberleri depozit faizleri biznes qurmaq biznes ideyalari