"FİNOKO" zərər edib
"FİNOKO" Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti (FİNOKO BOKT) 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 29 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2023-cü ilin eyni dövrünü 65 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "FİNOKO" BOKT-ın faiz gəlirləri 2 milyon 936 min manat ikən, 2024-cü ilin birinci yarısında 2 milyon 598 min manata düşüb (338 min manat və ya 11,5% azalıb).
KREDİT PORTFELİ KİÇİLİB
30 İyun 2023-cü il tarixində "FİNOKO" BOKT-ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22 milyon 260 min manat ikən, 30 iyun 2024-cü il tarixində 21 milyon 454 min manat təşkil edib (806 min manat və ya 3,6% azalıb).
Təşkilat 2024-cü ilin birinci yarısında 10 nəfər işçisini ixtisar edib. Belə ki, ötən ilin sonunda "FİNOKO" BOKT-ın işçilərinin sayı 100 nəfər ikən, 30 iyun 2024-cü il tarixində 90 nəfər olub.
"FİNOKO" BOKT ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu (50%), Əliyev Elmar Rəşid oğludur (50%).


Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Marketinq nə demədir?