Fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün müsabiqəyə start verilir
Mastercard və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən "Sustainability Sandbox Hackathon" virtual müsabiqəsinə start verilir.
Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.
Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr "Mastercard"s Sandbox as a Service" platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.
"Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir", - Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirir.
Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Daha ətraflı məlumat üçün: [email protected]. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Shopify-da necə satışa başlamaq olar?
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?