"Fitch": Azərbaycan bank sektorunun 2025-2026-cı illərdə izlənilməli olduğu iki əsas göstərici var
Azərbaycan bank sektorunun 2025-2026-cı illər üzrə izlənilməli olduğu iki əsas göstərici var.
Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.
O bildirib ki, bunlardan birincisi neft qiymətlərinin dinamikasıdır: "Azərbaycanın iqtisadi artımı hələ də əsasən neft və qaz ixracından asılıdır. Bu isə o deməkdir ki, bu sektorun göstəriciləri yerli bankların biznes imkanlarına birbaşa təsir edə bilər".
Maksim Maliutin hesab edir ki, ikinci göstərici isə pərakəndə kreditləşmənin davamlı artımıdır. Belə ki, kreditləşmə səviyyəsinin hələ də nisbətən aşağı olması gələcək iki il ərzində artım üçün müəyyən potensial yaradır. Bununla belə, əhalinin artan borc yükü orta müddətli perspektivdə yerli banklar üçün kredit riskini artıra bilər və bu da qeyri-işlək kreditlərin (NPL) yüksəlməsinə səbəb ola bilər.
"Bununla belə, biz inanırıq ki, bu potensial pisləşmə idarəolunan olacaq və Azərbaycan Mərkəzi Bankı pərakəndə kreditləşmə sektorunun fəaliyyətini nəzarətdə saxlayacaq, eləcə də həddindən artıq artımın qarşısını almaq üçün effektiv tədbirlər görəcək"- direktor müavini əlavə edib. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Bankların şikayət indeksi açıqlandı – SİYAHI
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Biznes planı necə yazmaq lazımdır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Françayzinq nədir və necə olur?
Kriptovalyuta nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri