"F**k media" QALMAQALI - "Qarabağ" tədbir görəcək?

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində dünən keçirilən "Qarabağ" – "Şamaxı" matçında  (4:0) xoşagəlməz anlar yaşanıb.
KONKRET.az xəbər verir ki,  Ağdam təmsilçisinin "İmarət Tayfa" azarkeş qrupunun üzvləri tribunalarda "f**k media" şüarı səsləndiriblər. Yəqin ki, bu ifadəni ingiliscədən tərcümə etməyə ehtiyac yoxdur. Mənasını anladınız.
Bu da haqlı olaraq yerli idman mətbuatında kəskin narazılığa səbəb olub. Dünəndən bugünə istər media resurslarında, istərsə də sosial şəbəkələrdə həmkarlarımız fanatların bu nalayiq hərəkətinə etiraz bildirirlər. Hətta oyundan sonra keçirilən mətbuat konfransında həmkarlarımızdan biri bununla bağlı Qurban Qurbanova sual da ünvanlayıb. 50 yaşlı mütəxəssis isə məsələ haqda qısa danışaraq, stadionda təhqiramiz ifadələr eşitmək istəmədiyini bildirib.
Ancaq bu gün "İmarət"çilər üzr istəmək əvəzinə, Feysbuk hesablarında yaydığı açıqlama ilə bu hərəkətlərinə bəraət qazandırıblar.
Əvvəlcə həmin açıqlamanı təqdim edək:
"İmarət Tayfa"nın dünən keçirilən "Qarabağ" – "Şamaxı" matçında qapıçımız Şahruddinə dəstək şüarlarından sonra "F**k you media" şüarı səsləndirilməsi, media qurumlarının təhqiri kimi başa düşülməməlidir!
Nəzərinizə çatdırırıq ki, dünya praktikasında da hər bir azarkeş qrupu öz futbolçusuna dəstək olmaq üçün onu tənqid edən media qurumuna tribunadan bu cür etirazını bildirir.
Jurnalistlərimizin necə öz terminləri varsa, azarkeşlərin də tribunanın da öz qaydaları və qəlibləşmiş şüarları var. Təəssüf ki, səsləndirilən şüarı hərfi tərcümə edərək, bunu şəxsinə təhqir edəcək düşüncədə olan jurnalistlərimiz var. Bir daha qeyd etmək istəyirik ki, "İmarət" Azarkeş Qrupunun idman mətbuatının müxtəlif üzvüləri ilə normal əlaqələri var və son səsləndirilən şüar təhqir yox, etiraz kimi başa düşülməlidir".
Göründüyü kimi, bunun dünya praktikasında da mövcud olduğunu nəzərə çatdıran azarkeşlər medianı təhqir etmək niyyətində olmadıqlarını bəyan ediblər. Lakin oxuduqca, bunun başqa açıalamasının olmadığı qənaətinə gəlirsən.
Fanatların mətbuata qarşı bu cür aqressiyasının səbəbi nədir? İsti, soyuq demədən bütün matçlarda stadionlarda olan, peşəsini yerinə yetirən, çatışmayan cəhətləri tənqid, tərifəlayiq hallarda da lazımi addım atan jurnalistlər niyə hədəfə alınıb?
Hə, bəlkə son günlərin tənqid olunan əsas fiquruna – Şahruddin Məhəmmədəliyevə görə?
Bəlkə fanatlar bu addımı Çempionlar Liqasının pley-offunda Çexiya "Viktoriya"sı ilə keçirilən cavab matçındakı (2:1) səhvinə görə mediada tənqidlərə tuş gələn qapıçını müdafiə etmək məqsədilə atıb?  Ağla çox variant gəlir.
El arasında yaxşı bir deyim var: "söz ağızdan bir dəfə çıxır". "İmarət Tayfa" bəyanatını yaydı, məsələyə "izah" verdi.
Bəs görəsən, "Qarabağ" klubu ən məşhur azarkeş qrupunun bu hərəkəti ilə bağlı açıqlama yayacaqmı/tədbir görəcəkmi?/"Offside"

Xəbərlər     Tarix: 28 avqust 2022

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler kripto pul qazanmaq biznes krediti bitcoin qiymeti