Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları - HƏYATA KEÇİRİLİB
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.
Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə "Allegro" şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində Birmarket komandası ilə sıx əməkdaşlıq edib.
Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər Birmarket-in Baş İcraçı Direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən PashaPay şirkətinin Baş İcraçı Direktoru olub. Təyinat Future Lab-ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.
Future Lab bundan sonra Bir ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. Future Lab-a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.
Bu dəyişikliklər Bir ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.
PAŞA Maliyyə Holdinqi 2025-ci ilin dekabr ayında yaradılıb və "PAŞA Holding"in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab