G7 Rusiya neftinin qiymət tavanına yenidən baxmağı planlaşdırmır – "Reuters"
Rusiya nefti dünya bazarında 60 dollar/barel limitindən yuxarı ticarət etməyə davam edir, lakin G7 ölkələri qiymətlərdəki dəyişikliklərə yenidən baxmağı planlaşdırmırlar. Qeyd edək ki, Rusiya neftinə qoyulan qiymət məhdudiyyəti 2023-cü ilin mart ayından bəri dəyişməz qalır.
"Reuters" agentliyinin məlumatına görə, qiymət tavanına riayət olunmasına nəzarət etmək çətindir. Belə ki, ticarətlə məşğul olan şirkətlərin Qərbin yurisdiksiyasından kənarda olması qiymət limitinin müəyyən edilməsini çətinləşdirir.
"İyun və ya iyul aylarında yenidən baxılma ilə bağlı bəzi danışıqlar olub, lakin rəsmi olaraq heç bir addım atılmayıb", – mesajda deyilir.
"Reuters" agentliyinin məlumatına görə, ABŞ və G7 ölkələrinin təşəbbüslərinin olmamasına baxmayaraq, Aİ-nin bəzi üzvləri neft və yanacağın marjinal qiymətinə yenidən baxılmasının tərəfdarıdırlar.
2022-ci ilin dekabrında Aİ, G7 və Avstraliya Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar səviyyəsində müəyyən edib. 2023-cü ilin iyul ayından etibarən Rusiya nefti müəyyən edilmiş limitdən yuxarı ticarət olunur. Maliyyə Nazirliyinin məlumatına görə, avqust ayında "Urals" neftinin bir bareli 74 dollara satılıb. İyul ayı ilə müqayisədə (64.4 dollar) qiymət dərhal 9.6 dollar artıb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Françayzinq nədir və necə olur?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Shopify-da necə satışa başlamaq olar?
Bill Qeyts kimdir?
SWIFT nədir?