Gədəbəydəki filiz zavodu ilə bağlı QƏRAR VERİLDİ - FOTO

Gədəbəydəki filiz zavodu ilə bağlı QƏRAR VERİLDİ - FOTOGədəbəydə filiz çıxaran Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (Azerbaijan International Mining Company Limited) külli miqdarda cərimələnib.
KONKRET.azQaynarinfo-ya istinadən xəbər verir ki, şirkət barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237, 239, 243.0.1, 262.1.1, 264.0.7, 266.1, 291 və 541-ci maddələri ilə protokolu tərtib edilib və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Protokolda qeyd edilib ki, şirkətin Gədəbəy Flotasiya Zavodunun "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi" üzrə hesabatının (2016-cı il) 111-ci səhifəsində 5.7.3 (tədqiqat ərazisinin endemik və nadir bitkilər bəndində) tədqiqat ərazisində müşahidə olunan 283 bitki növündən Qafqaza məxsus 25 bitki növünün, Azərbaycana məxsus 3 endemik bitki növünün və 2 nadir bitki növünün düşdüyü qeyd olunub.
Gədəbəydəki filiz zavodu ilə bağlı QƏRAR VERİLDİ - FOTOLakin şirkət mədən sahəsində bioloji müxtəlifliyin qorunması məqsədilə biomonitorinqlər aparmayıb, mədən və istehsalat sahələrində adı "Qırmızı kitaba" daxil edilmiş bitki növlərinin arealarının koordinatları müəyyən edilməyib. Bununla da həmin bitkilərin müvafiq ərazilərə köçürülməsi həyata keçirilməyib, eyni zamanda vəhşi heyvanaların həmin ərazilərdən uzaqlaşdırılması məqsədilə müvafiq texniki vasitələr tədbiq edilməyib.
Həmçinin zavodun sahəsindəki laboratoriyada filiz nümunələrinin üyüdülməsi zamanı qeyri-üzvi toz hissəcikləri birbaşa kustar üsulla hazırlanan siklon qurğulrına vurulub ki, bu da toztutucu qurğu ilə təchiz edilməyən həmin siklonlardan tozların bir qisminin qurğunun yuxarı hissəsindən atmosfer havasına yayılması ilə nəticələnib. Bununla yanaşı zavodda qızılın əridilməsi prosesləri zamanı yaranan qazlar da təmizləyici qurğu quraşdırılmadığından birbaşa atmosferə atılıb.
Gədəbəydəki filiz zavodu ilə bağlı QƏRAR VERİLDİ - FOTOMəhkəmənin qərarı ilə şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin İXM-nin 234.0.1, 237, 291 və 541-ci maddələr üzrə icraata xitam verilib. Şirkət yalnız Məcəllənin 239, 243.0.1, 262.1.1, 264.0.7, 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinib və 15 000 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilib.

Xəbərlər     Tarix: 22 sentyabr 2023

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler en son xeberler bitkoin almaq online pul qazanmaq biznes ideyalari