Gələn il dövlət büdcəsinə SOCAR-dan 200 milyon manat dividend gəliri daxil olacağı nəzərdə tutulur

Gələn il dövlət büdcəsinə SOCAR-dan 200 milyon manat dividend gəliri daxil olacağı nəzərdə tutulur"Növbəti ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə gəlirlər əvvəlki ilin müvafiq göstəricilərinə nisbətən əhəmiyyətli artımla proqnozlaşdırılmış, bu mənbə üzrə aparılmış təhlillər mövcud potensialın daha artıq olduğu qənaətinə gəlməyə əsas vermişdir."
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend gəlirləri 2021-ci ilin icra göstəricilərinə nisbətdə 2,5 dəfə, 2022-ci ilin proqnoz göstəricilərinə nisbətdə isə 3 dəfə artım olmaqla 321,2 mln. manat olmaqla proqnozlaşdırılmışdır. Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə (220,0 mln. manat) proqnozun artırılması olmuşdur.
2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişinin 200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 15,0 mln. manatı  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5,0 mln. manatı isə "Azer Gold" QSC üzrə nəzərdə tutulmuşdur.
"Qeyd etmək lazımdır ki, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5,0 mln. manat nəzərdə tutulmuşdur ki, bundan da cari ilin 8 ayı ərzində 4,0 mln. manat dövlət büdcəsinə ödənilmişdir. "Aqrarkredit" QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0,2 mln. manat dividendin dövlət büdcəsinə ödənişi həyata keçirilmişdir. Ümumilikdə, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124,7 mln. manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 120,5 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT, 4,0 mln. manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş, "Azər Türk Bank" ASC tərəfindən dividend ödənişi həyata keçirilməmişdir. Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021- ci ildə 0,5 mln manat təşkil etməsinə baxmayaraq, 2021-ci ildə və 2022-ci ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməmişdir. Büdcə gəlirlərinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, "Azər Türk Bank" ASC tərəfindən bu sahədə ciddi inzibatçılıq tədbirlərinin görülməsini zəruri hesab edirik. Qeyd edək ki, bəzi müəssisələr ("Azerbaijan International Telecom" (AzInTelecom)" MMC, "Azərbaycan Sənaye Korporasiyası" ASC, "Azərlotoreya" ASC) tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq bu mədaxil mənbəyi üzrə 2023-cü ildə daxilolma nəzərdə tutulmamışdır. Eyni zamanda, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatın göstəricilərinin təhlili müvafiq müəssisədən dividend ödənişləri üzrə potensialın olduğunu göstərir. Ümumiyyətlə, bu mənbə üzrə movcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik.
Məlumatların təhlili göstərir ki, bəzi müəssisələrin idarəetməsinin də "Azərbaycan İnvestisiya Holdinqi"nə verilməsi müvafiq müəssisələr üzrə korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə mənfəətin artımına səbəb olmuşdur",- Rəydə bildirilir.
Gələn il dövlət büdcəsinə SOCAR-dan 200 milyon manat dividend gəliri daxil olacağı nəzərdə tutulur

Maliyyə     Tarix: 01 noyabr 2022

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi dollar manat kursu bitkoin almaq