Gənc oğlan baldızını çöllüyə apardı: 'Sənə hər gün kontur alacağam, razılaş

Gənc oğlan baldızını çöllüyə apardı: 'Sənə hər gün kontur alacağam, razılaşBalakən rayonunda 1989-cu il təvəllüdlü Orxan baldızı Leylaya (adlar şərti verilib - red.) təcavüz edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il noyabrın 26-da baş verib. Orxan 2005-ci il təvəllüdlü Leylanı mağazaya aparıb, daha sonra yaşadığı evə geri qaytarmaq adı ilə aldadaraq, onu rayonun Kortala kəndi ərazisində idarə etdiyi "VAZ 2106" markalı avtomobilə mindirib. Maşını kəndinin çöl sahəsinə sürüb, orada Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
"Mağazaya apara bilcəyimi dedim"
Orxanın barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Orxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, baldızı Leylaya qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib:
"Hadisə baş verən günü bərbər olduğum üçün işdən çıxdım və özümə məxus avtomobillə evə gedərkən yolda baldızımı gördüm. Maşını saxlayıb ondan hara getdiyini soruşdum. Baldızım da mağazaya getdiyini bildirdi. Onu mağazaya apara biləcəyimi dedim. Baldızım da razılaşdı".
"Mənə şər atıblar"
Təqsirləndirilən şəxs qeyd edib ki, sonra baldızı ilə birlikdə mağazaya gediblər: "Leyla mağazada lazım olan əşyaları aldıqdan sonra onu evinə düşürdüm. Sonradan mənə məlum oldu ki, barəmdə polisə şikayət edilib. Əslində isə bütün bunlar mənə qarşı şər və böhtan xarakterli hərəkətlərdir.
Son vaxtlar həyat yoldaşım Sevda ilə münasibətlərim yaxşı olmayıb. Sevda məni həbsxanalarda çürütməklə hədələyib. Məndən acıq çıxmaq üçün üstümə belə bir şər atıblar".
"Baldızımı görəndə məndə ehtiras hissi oyanıb"
Orxan məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaqa başqa məzmunda danışıb. Məhkəmə onun ibtidai istintaqa etirafedici ifadələrini tədqiq edib.
Orxan ibtidai istintaqa ifadəsində göstərib ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və həmin kənddə bərbər işləyərək ailəsini dolandırıb:
"Zərərçəkmiş Leyla arvadım Sevdanın doğma bacısıdır. Sevda ilə 2019-cu ildə ailə həyatı qurmuşam. Həmin evlilikdən hazırda 1 yaşı olan qızımız dünyaya gəlib. Qayınatamgillə bizim yaşadığımız evin arasında təxminən iki kilometr məsafə var
Kiçik baldızım Leyla bəzi vaxtlarda bizim evimizə qonaq gəlib. Baldızım yaraşıqlı olduğuna görə hər dəfə onu görəndə məndə ehtiras hissi oyanıb. Buna görə də bizə gələndə 2-3 dəfə onu qucaqlayaraq öpmüşəm. Lakin ona bu barədə heç nə deməmişəm".
"Gəzməyə aparacağımı dedim"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, noyabrın 26-da təxminən saat 12.00-da nahar etmək üçün işlədiyi bərbərxanadan çıxıb və özünə məxsus avtomobillə yaşadığı evə gedib:
"Kəndin mərkəzinə çatanda Leylanı yolun kənarı ilə piyada mənimlə üzbəüz gəldiyini gördüm. Avtomobili saxladım və haraya getdiyini soruşdum. Leyla özünə kontur və adapter almaq üçün mağazaya getdiyini bildirdi. Mən onu mağazaya aparıb, daha sonra geri qaytaracağımı dedim və avtomobilə əyləşməsini bildirdim.
Leyla avtomobilin arxa sərnişin oturacağında əyləşdi. Mağazaya çatanda Leyla avtomobildən düşdü, təxminən iki dəqiqədən sonra Leylanın geri qayıtmadığını gördüm. Onun arxasınca mağazaya getdim. Həmin vaxt Leyla alış-verişini bitirərək mağazadan çıxırdı. Buna görə birlikdə geri qayıtdıq.
Sonra avtomobili sürərək təxminən 400 metr irəlidə yerləşən, Elmir adlı kənd sakininin işlətdiyi mağazaya getdim, benzin alaraq avtomobilimə tökdüm. Yenə yola davam edərək Leylanın yaşadığı evə doğru getdik. Bir qədər sonra kəndin girəcəyindən sağa döndüm.
Orxanın üz nahiyəsinə vurdum.
Daha sonra Orxan oturacağını bir az geri çəkdi, arxaya çevrilərək sol ayağını ön sərnişin oturacağının, sağ ayağını isə avtomobilin ön oturacaqlarının arasına qoydu. Sonra mənə qarşı seksual hərəkətlər etməyə başladı. Onu özümdən kənarlaşdırmağa çalışsam da, məndən əl çəkmədi. Hərəkətlərini davam etdirdi".
"Qorxduğum üçün heç kimə heç nə demədim"
Leyla deyib ki, Orxan ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra geri qayıdıblar:
"Geri qayıdanda baş verənləri bacım Sevdaya danışacağımı Orxana dedim. Orxan isə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Mənimlə həmişə cinsi əlaqədə olmaq istədiyini və əvəzində hər gün mənə 1 manatlıq kontur alacağını bildirdi. Mən isə Orxana etiraz etdim.
Orxan məni apararaq yaşadığım evin qarşısında düşürdü və oradan getdi. Bundan sonra üst-başımı səliqəyə saldım, yaşadığım evə daxil oldum. Lakin bacımın ailəsinin dağılmasından, atamın Orxanı öldürəcəyindən qorxduğum üçün baş verənlərlə bağlı həmin gün heç kimə heç nə demədim".
Zərərçəkmiş qeyd edib ki, səhəri gün, yəni noyabrın 27-də baş verən hadisəni anasına danışıb. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat veriblər. O, bacısının əri ilə barışmayıb və ondan şikayətçidir.
Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank