Gəncə əhalisinin sayı artıb - SON RƏQƏMLƏR

Gəncə əhalisinin sayı artıb - SON RƏQƏMLƏRƏrazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci  ilin yanvar-sentyabr ayları ərzində 745 nəfər artaraq 1 oktyabr 2022-ci il vəziyyətinə 336 min 539 nəfərə çatmışdır. 
Gəncə Şəhər Statistika İdarəsindən Marjaya daxil olmuş məlumata görə, əhalinin 153 min 89 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 450 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 298 nəfər) kişilərdən, 51,2 faizi (172 min 241 nəfər) isə qadınlardan ibarətdir. 
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 2224 doğulan körpə qeydə alınmışdır. Doğulanların 1218 nəfərini (54,8 faiz)  oğlanlar, 1006 nəfərini (45,2 faiz)  qızlar təşkil edir.
2022-ci ilin 9 ayında 1630 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1226 nikaha daxilolma və 428 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 371 nəfər gələn, şəhərdən 220 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 151 nəfər təşkil etmişdir. / marja.az

Maliyyə     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler dollar manat kursu online pul qazanmaq emlak xeberleri depozit faizleri