Gəncədə 78 milyon manatdan çox investisiya
2022-ci ilin yanvar-sentyabr ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin fəaliyyəti vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 78,3 milyon manat məbləğində vəsait yönəldilmişdir.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 54,0 faizi dövlət, 46,0 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,9 milyon manatı və ya 92,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Tikinti müəssisələrinin fəaliyyəti
Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmi 23,4 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 16,2 milyon manatını, yaxud 69,1 faizini hüquqi şəxslərin gördüyü işlər, 7,2 milyon manatını və ya 30,9 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gördüyü işlər təşkil etmişdir.
Ümumi tikinti işlərinin 48,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 42,6 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 3,3 faizini sair işlər təşkil etmişdir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab