Gəncədə 9 aylıq pərakəndə ticarət dövriyyəsi 1 milyard manatı keçib
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakcılara 1 milyard 4,2 milyon manatlıq, o cümlədən 422,9 milyon manatlıq (42,1 faiz) ərzaq məhsulları, içkilər və tutun məmulatları, 581,3 milyon manatlıq (57,9 faiz) qeyri-ərzaq malları satılmışdır.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 34,5 faiz azalmş, qeyri-ərzaq malları üzrə 1,6 dəfə artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin həcmində dövlət sektoru 4,2 faiz, qeyri-dövlət sektoru 95,8 faiz təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 1,9 faiz, qeyri-dövlət sektorunda 1,1 faiz artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 21,4 faizi ticarət müəssisələri, 61,0 faizi fərdi sahibkarlar tərəfindən, 17,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8 faiz artmış, fərdi sahibkarlar üzrə 8,6 faiz azalmış, bazar və yarmarkalarda 24,0 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,2 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 41,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir şəhər sakini orta hesabla ayda 131,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 180,7 manatlıq qeyri-ərzaq malları almışdır. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab