"General Motors" bu modelin buraxılışını DAYANDIRIR - FOTO
ABŞ-ın "General Motors" (GM) şirkəti "Chevrolet Bolt" modelinin istehsalını dayandırır.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, "Chevrolet" 2023-cü ildə "Bolt" elektromobilinin istehsalını dayandıracaq.
Qeyd edək ki, 2016-cı ildən istehsala başlayan "Chevrolet Bolt" ABŞ bazarında "Tesla Model 3" ilə rəqabət aparmağa uğursuz cəhd edib. 200 at gücündə elektrik mühərriki və 60 kilovat-saatlıq akkumulyatora malik "Bolt" 2016-cı ildə ABŞ bazarına 36 600 dollar baza qiyməti ilə çıxıb.
"Chevrolet" hesab edirdi ki, hər bir avtomobildən 8-10 min dollar itirsə də, brendin ucuz elektromobilə ehtiyacı var.
Belə ki, 2021-ci ildə "Chevrolet Bolt" yeniləndi və EUV (Electric Utility Vehicle) prefiksi ilə çarpaz versiya əldə etdi.
Şirkətin istehsal planına əsasən, 2023-cü ilin birinci yarısında 50 min elektromobil istehsal olunacaq.
İqbal Rzayev,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?