"GL LTD"də daha bir baş direktor təyin edilib
"GL LTD"nin Hüquq məsələləri üzrə direktoru Pərviz Təhməzov 7 yanvar 2024-cü il tarixindən etibarən Hüquq və komplayens üzrə baş direktor vəzifəsinə təyin edil.
Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.
P.Təhməzov yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət etməyə davam edəcək.
P.Təhməzov 2022-ci ildə "GL LTD"nin heyətinə qatılıb. Buna qədər 11 il ərzində "BP Azerbaijan"da çalışıb.
Xatırladaq ki, "GL LTD" MMC 2019-cu ilin aprelində yaradılıb və "GL International LTD"nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə "GL International LTD" MMC ("GL LTD") arasında Risk Xidmət Sazişi bağlanmışdır.

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
"iPhone 15" modelinin üstünlükləri
ƏDV geri al və onun üstünlükləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Dropshipping nədir?
Biznes nədir?