Gömrükdə tez xarab olan malların sürətli keçidi müzakirə edildi
Noyabrın 12-də Dövlət Gömrük Komitəsində kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib.
Komitə rəhbərliyinin, Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların sürətli keçidinin təmin olunması, eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı konsiqnasiya rejimi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin aktual məsələlər üzrə gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab