Göygöl Şərab Zavodu "British Business Group Christmas Party"-də iştirak edib - FOTOLAR
Dekabrın 7-si JW Marriott Otelində "British Business Group Christmas Party"-si keçirilmişdir.
FED.az xəbər verir ki, Göygöl Şərab Zavodu da bu möhtəşəm tədbirdə iştirak edərək təbii və müasir texnologiya ilə hazırlanmış, yüksək keyfiyyətli "KARABAKH" şərablarını və bazara yeni təqdim olunmuş, xüsusi klassik metodla hazırlanmış "Pearl" oynaq şərabını təqdim etmişdir.
Tədbirin yerli və xarici qonaqlarına həm şərabların dequstasiyasını, həm də xüsusi olaraq zavodun şərab üzrə italyan mütəxəssisi Alberto Tomasin tərəfindən "Pearl" oynaq şərabının, eləcə də "KARABAKH" şərablarının tərkibi, şərabçılıq estetikası və incəlikləri, həmçinin məhsulların istehsal prosesi haqqında ətraflı məlumat təqdim edilmişdir. Qonaqlar "Pearl"-ın dadından, ətrindən, eləcə də görünüşündən heyran olmuşdurlar.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim və ən böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün "Xan 1860" brendi altında təqdim etdiyi araq, şərab, brendi və oynaq şərab məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?