"Grammy" mükafatçısı Ar Kelli uşaq pornoqrafiyasında təqsirli bilinib - FOTO
"Grammy" mükafatçısı Ar Kelli uşaq pornoqrafiyasında təqsirli bilinib - FOTO
Andlılar məhkəməsi tanınmış amerikalı müğənni Ar Kellini (R.Kelly - Robert Silvester Kelli) uşaq pornoqrafiyası hazırlamaq və azyaşlılarla münasibətlə bağlı (hər biri üç maddə üzrə) təqsirli bilib.
Eyni zamanda ifaçıya yeddi maddə üzrə bəraət verilib.
Xatırladaq ki, 2008-ci ildə Ar Kelli uşaq pornoqrafiyası işinə görə 14 maddə üzrə bəraət qazanmışdı. Ancaq 2019-cu ilin iyul ayında Kelli İllinoys ştatında ona qarşı irəli sürülən cinsi təcavüz ittihamı ilə həbs olundu. Cari ilin iyununda isə məhkəmə müğənnini cinsi istismar məqsədilə insan alverinə görə 30 il müddətinə azadlıqdan məhrum etdi.
Qeyd edək ki, Çikaqoda doğulmuş və "ritm-n-blyuz" stilində ifa edən Ar Kelli ötən əsrin 90-ci illərində "Bump N Grind", "Gotham City", "I Believe I Can Fly" ilə dünya şöhrəti qazanıb. Adıçəkilən mahnılardan sonuncusu müğənniyə üç kateqoriya üzrə "Grammy" (1996) mükafatı gətirib. İfaçı həmçinin Maykl Cekson üçün yazdığı "You Are Not Alone" mahnısına görə də "Grammy" mükafatına namizəd olub.
Mənbə: TASS
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə