Gülşən barədə məhkəmə qərar verdi - FOTO/VİDEO
Gülşən barədə məhkəmə qərar verdi - FOTO/VİDEO
Konsertində söylədiyi sözlərə görə həbs olunan türkiyəli müğənni Gülşən Çolakoğlunun cəzası ev dustaqlığı ilə əvəzlənib.
Məlumata görə, ifaçının həbs olunaraq Bakırköy Qadın Qapalı Həbsxanasına aparılmasına vəkili Emek Emre etiraz etmişdi. Bu gün keçirilən məhkəmədə hakim etirazı qəbul edib.
Xatırladaq ki, Gülşən "xalqı kin və düşmənçiliyə sövq etmək"də ittiham olunur.
Buna səbəb isə ifaçının musiqiçiyə dediyi sözlər olub. Onun səhnədə: "Daha əvvəl "İmam Hatip"də təhsil almışdı, əxlaqsızlığı bundandır", - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
Gülşən isə ifadəsində deyib ki, hadisə 30 aprel 2022-ci ildə Ataşehirdə konsertdə baş verib.
"Bu qısa görüntü aylar sonra kim tərəfindən və nə məqsədlə tirajlanıb, bilmirəm. Lakin hesab edirəm ki, bu, təxribat məqsədi daşıyır", - deyə o bildirib.
Mənbə: NTV

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
IMEI kod nədir?
Dünyanın ən bahalı restoranları
Cash Back nədir?
Bitcoin nədir?
SMM nə deməkdir?