Gürcüstan 2024-cü ildə Azərbaycandan 3.02 mlrd. kubmetr təbii qaz almağı planlaşdırır
Cari ildə Gürcüstanın daxili tələbatının ödənilməsi üçün 3,231 milyard kubmetr həcmində təbii qaz lazım olacaq. Bunun da 99,6 faizi xaricdən alınacaq.
Bu barədə Gürcüstan hökumətinin cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.
Bildirilir ki, tələbatı ödəmək üçün Gürcüstan Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.
Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr "mavi yanacaq" idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.
Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq