Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları azalıb
Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2024-cü il dekabrın 31-nə 4,45 milyard dollar təşkil edib.
Bu barədə Gürcüstanın Milli Tənzimləyicisi məlumat yayıb.
Bildirilir ki, keçən ilin noyabrında valyuta ehtiyatları 323,6 milyon dollar artıb. Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır. Ümumiyyətlə keçən ilin yanvar-dekabr aylarında Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 562,1 milyon lari azalıb.
Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü il avqustun 31-də tarixi maksimuma çataraq 5 milyard 436,8 milyon dollar təşkil edib. 2023-cü ildə beynəlxalq ehtiyatlar 101,5 milyon lari, 2022-ci ildə isə 628,1 milyon dollar artıb.
Beynəlxalq ehtiyatların strukturunda xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 3,4 milyard dollar təşkil edir. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Onlayn biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SMM nə deməkdir?
"Freelance" nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri