Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb
Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 279 057,09 min ABŞ dolları dəyərində 1 558 505,37 ton qaz idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 414,6 min dollaar və ya 6,5%, həcmi isə 64 477,09 ton və ya 3,97% azalıb.
Ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 298 471,69 min dollar dəyərində 1 622 982,46 ton qaz idxal edib.
Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın qaz idxalının dəyəri illik ifadədə 4,4% artaraq 388 214,7 min dollara çatıb. Azərbaycan Gürcüstanın ümumi qaz tələbatının 71,88%-ni tədarük edib. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq