Hərbi ekspert: "Qazilərlə bağlı məsələyə kompleks yanaşmaq lazımdır"

Hərbi ekspert: "Bu gün Azərbaycan cəmiyyətinin ən hörmətli nümayəndələri Vətən müharibəsi iştirakçıları və qaziləridir. Müharibə qələbə, yaxud məğlubiyyətlə bitməsindən asılı olmayaraq ciddi nəticələrə səbəb olur. Bəzən alınan psixoloji travmalar güllə, qəlpə yaralarından daha ağır nəticələrə səbəb olur".
Bunu "Report" a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
O qeyd edib ki, psixoloji travmalar uzun illər bərpa olunmaya bilər:
"Müharibə aparan ölkədə iştirakçılar psixoloji travma alırlar. Yəni, belə hallar həmişə müşahidə olunub. Psixoloji travma alan müharibə iştirakçıları arasında intihar edənlər də az deyil. Azərbaycanda da istər birinci, istərsə də ikinci Qarabağ savaşında bu hallar olub. Həmin psixoloji travmalar adətən müharibədən bir il sonra özünü göstərir. Qazilərimizin, veterenlarımızın intiharları əlbəttə, cəmiyyəti narahat edir. Müvafiq şəxslər, qurumlar bu barədə düşünməlidirlər".
Ş. Ramaldanovun fikrincə, intiharların əsas səbəblərindən biri də müharibə iştirakçılarının qayğısız qalmasıdır:
"Bəzən hansısa cümlə bu kateqoriyadan olan insanları incidə, onları intihara sövq edə bilər. Lakin bu, kütləvi yox, individual xarakter daşıyır. Ona görə də məsələyə kompleks yanaşmaq, bütün məqamları, o cümlədən ailə daxilindəki durumu da nəzərə almaq lazımdır. Cəmiyyətin bu problemin həlli istiqamətində iştirakı vacibdir. Qazilər və veteranlar daim diqqət və qayğı ilə əhatə olunmalıdır. Hər kəs, o cümlədən dövlət orqanları onlara diqqətlə yanaşmalıdırlar. Ən vacib məqam davranışdır".
Hərbi ekspertin sözlərinə görə, ən vacib məqamlardan biri də maariflənmədir:
"KİV-də bu məsələyə geniş yer ayırılmalı, mütəxəssis fikirlərinə geniş yer verilməlidir. Qazilər öz hüquqlarını dəqiq bilməlidir. Əgər qazilərin, veteranların suallarına düzgün izah və aydınlıq gətirilsə, onları düşündürən məsələlər də azalar. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı müharibə iştirakçılarına diqqət göstərməlidir. Bu, çox vacibdir. Bir sözlə, biz cəmiyyət olaraq qazilərimizi intiharlardan çəkindirməyə çalışmalıyıq".

Xəbərlər     Tarix: 15 iyul 2022

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq biznes ideyalari leobank kart