Hikmət Hacıyev: "Ermənilərin basdırdığı minalar bərpa işlərinin davam etdirilməsinə maneə yaradır
"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir".
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. Deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb.
"Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələrindən biridir", - deyə H.Hacıyev vurğulayıb.
Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.
"Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir", - deyə Prezidentin köməkçisi vurğulayıb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İKEA şirkətinin tarixi
Cash Back nədir?
Elon Musk kimdir?
Yatırım olmadan necə biznes qurmaq olar?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?